28 yanvar 2019 12:46
572

Bütün dünya bu türk qızından danışır

Rusiyada yaşayan və anası rus, atası türk olan 26 yaşlı gənc qız yeni dünya rekorduna imza atıb.

“Ölkə.Az” xəbər verir ki, 26 yaşlı türk qızı buzlu suyun içində bir saat qalıb.

Rusiyanın Moskva vilayətinin Odintsovo şəhərində yaşayan, anası rus, atası türk olan Osman Delibaş buzlu suyun içində 1 saat qalaraq dünya rekorduna imza atıb. Rus əskərlərinə də dərs verən Delibaş rekorddan sonra dünyaya türkcə salam göndərib. Osman Delibaş buzlu suyun içində 1 saat 4 saniyə qalaraq qadınlar arasında dünya rekordunu yeniləyib.

Delibaş teatr və kino aktyorluğu üzrə təhsil alıb. Bir sıra serial, film və reklam layihələrində iştirak edib. 13 il əvvəl buzlu suda üzmə idman növündə də Rusiyanın ən uğurlu idmançısı olub.

Bu bacarığı sayəsində rus məmurlarının da diqqətini çəkib. O, artıq rus əskərlərinə buzlu suda sağ qalmağın sirrlərini öyrədir.