25 yanvar 2020 12:28
1331

Bütün matçlarda 1 dəqiqəlik sükut

Türkiyə Futbol Federasiyası (TFF) professional liqada bu gün, sabah və 27 yanvar bazar ertəsi günü keçiriləcək matçlarda Elazığın Sivrice mahalında baş verən və ətraf ərazilərdə də hiss edilən zəlzələdə həyatını itirənləri anmaq üçün bir dəqiqəlik sükutla anılacağını bildirib.

“İki sahil” xəbər verir ki, TFF saytında yer alan xəbərdə qeyd olunub ki, Elazığın Sivrice mahalında zəlzələ nəticəsində ölən vətəndaşlarımızın xatirəsi 25-26-27 yanvar tarixlərində keçiriləcək bütün futbol yarışlarında ehtiramla alınacaq. Super Liqada, TFF 1-ci, 2-ci və 3-cü liqasındakı bütün qarşılaşmalardan əvvəl bir dəqiqəlik sükut veriləcək. Həmçinin istəyən klublar da qara sarğılarla meydanda ola biləcəklər.