28 yanvar 2021 00:53
1081

Canlı yayımda 15 yaşlı qızı öldürdü

Amerikanın Louisianadaki Valmart ticarət mərkəzində ölüm hadisəsi baş verib.

"İki sahil" bildirir ki, yetkinlik yaşına çatmayan dörd qız canlı yayım zamanı qətl törədiblər. Yeniyetmələr hadisəni Facebook və Instagram səhfələrində canlı yayımlayıblar. Polis 12, 13 və 14 yaşlı dörd yeniyetməni həbs edib. İstintaqa görə onlardan biri 15 yaşlı qızı bıçaqlayıb. Videoların birində qızlardan birinin yeniyetmənin ürəyindən bıçaqlaması ilə öyünməsi əks olunub.

Zərərçəkən aldığı xəsarətlərdən yerli xəstəxanada ölüb.