20 mart 2020 21:21
1626

Cari ildə Azərbaycanda 6,1 milyon ton neft və 4,6 milyard kubmetr əmtəəlik təbii qaz çıxarılıb

Yanvar-fevral aylarında ölkədə 6 milyon 127,6 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 6 milyard 636,6 milyon kubmetr təbii qaz hasil olunub. Həmin həcmdən 4 milyard 654,9 milyon kubmetr əmtəəlik təbii qaz alınıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, iki ayda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 5,3 milyard manat olmaqla əvvəlki ilin eyni aylarına nisbətən 1,8 faiz azalıb.

Ölkədə neft istehsalı 3,7 faiz azalıb, qaz hasilatı isə 19,1 faiz artıb.