06 iyul 2020 11:44
1868

Cəbhəboyu zonada gecə təlimləri keçirildi - VİDEO

Cəbhəboyu zonadakı hərbi hissələrdə gecə təlimləri keçirilib

Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən hərbi hissələrində döyüş atışlı taktiki təlimlər keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təlimlər çərçivəsində bölmələr gecə vaxtı müxtəlif döyüş tapşırıqlarını yerinə yetiriblər.

Təlimlərə cəlb olunan bölmələr müxtəlif təyinatlı silahlardan atışlar yerinə yetirərək şərti düşmən hədəflərini məhv ediblər.