25 noyabr 2020 00:51
687

Cəlilabadda avtomobil maneəyə çırpıldı, xəsarət alan var

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"İki sahil" "Report"a istinadən xəbər verir ki, hadisə Göytəpə qəsəbəsində qeydə alınıb.

Belə ki, sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil yol kənarındakı maneəyə çırpılıb. Hadisə nəticəsində sərnişin, 1994-cü il təvəllüdlü Zeynalov Orxan Qorxmaz oğlu ağır xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib. Yaralıya kəllə-beyin travması, bud sümüyünün və topuğun sınığı diaqnozları qoyulub. O.Zeynalovun vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanalardan birinə göndərilib.