20 iyul 2019 13:23
821

Cəlilabadda iki avtomobil toqquşub, xəsarət alan var

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. 

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, "VAZ 2107" markalı minik avtomobili ilə digər minik avtomobili toqquşub. Nəticədə "VAZ 2107"nin sürücüsü, 1954-cü il təvəllüdlü Babayev Habil Cəbrayıl oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. 
Faktla bağlı araşdırma aparılır.