25 iyul 2020 17:46
376

Cəlilabadda karantin qaydalarını pozan şəxs həbs edilib

Sərtləşdirilmiş karantin rejiminin tələblərinə uyğun olaraq Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı Cəlilabad sakini Ramiz Məmmədovun şəhər ərazisində müvafiq icazə olmadan yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, sərxoş vəziyyətdə olan həmin şəxs polisin qanuni tələblərinə tabe olmadığı üçün saxlanılaraq Cəlilabad Rayon Polis Şöbəsinə gətirilib. Onun barəsində toplanmış materiallar Cəlilabad Rayon Məhkəməsinə göndərilib. Ramiz Məmmədov məhkəmənin qərarı ilə 10 sutka inzibati qaydada həbs edilib.