Oktyabrın 16-da YAP Cəlilabad rayon təşkilatının rəhbərliyi və fəalları, Cəlilabad Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, din xadimləri, qazilər və ictimaiyyətinin nümayəndələri Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsindəki döyüşlərdə qəhrəmancasına şəhid olan Cəlilabad rayonu Komanlı kəndindən şəhid Əliyev Vüsal Məmmədəli oğlu, Uzuntəpə kəndindən şəhid Abbasov Davud Yalçın oğlu və Babalı kəndindən şəhid Quliyev Fərid Ayazxan oğlunun şəhadətlərinin ildönümünə həsr olunmuş mərasimlərdə iştirak ediblər.
“İki sahil” xəbər verir ki, mərasimlərdə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib, ruhlarına dualar oxunub, onların döyüş yolu barədə söhbət açılıb və valideynlərinə dərin hüznlə başsağlığı verilib.
Allah bütün şəhidlərimizə rəhmət etsin!