25 iyun 2020 11:34
2528

Cenniferin “Yay əhval-ruhiyyəsi” başlıqlı paylaşımı - FOTO

Şöhrəti ilə bütün dünyaya səs salan 50 yaşlı müğənni və aktrisa Cennifer Lopez sosial media paylaşımları ilə gündəmə gəlib.

"İki sahil" xəbər verir ki, cazibədarlığı ilə göz qamaşdıran sənətçi “Guess” markasına məxsus ağ çimərlik geyimində fotolarını yayıb. Xarici görünüşünə diqqətlə yanaşan Lopez çimərlik tərzini böyük ölçülü halqavari sırğaları, gözünə taxdığı eynək və barmağındakı - sevgilisi iş adamı Aleks Rodrigesin hədiyyə etdiyi brilliant qaşlı üzüklə tamamlayıb.

Ulduzun “Yay əhval-ruhiyyəsi” başlığı altında paylaşdığı, biri-birindən füsunkar şəkilləri izləyicilər tərəfindən maraq və sevgi ilə qarşılanıb.

Qeyd edək ki, C.Lopez ilk dəfə 2018-ci ildə “Guess” brendinin yaz fəsli üçün təqdim etdiyi kolleksiyanın siması olub.