24 noyabr 2020 13:24
390

Çavuşoğlu: Azərbaycanın haqlarını qorumaq üçün meydanda olacağıq

“PKK-çıların Qarabağda yerləşdirildiyini və mülki insanları hədəf aldıqlarını sübut etdik. Minsk Qrupunun ətaləti qarşısında biz də can Azərbaycanın hüquqlarını müdafiə etməyə başladıq”.

"İki sahil" xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Çavuşoğlu bildirib ki, Azərbaycanın haqlı olduğu və ərazi bütövlüyü bərpa edildi, torpaqlarını geri alır. İşğal olunmuş torpaqlardan qaçmağa məcbur olanlar geri qayıda biləcəklər. Naxçıvanla əlaqə yaradılacaqdır.

"Biz də bu haqları qorumaq üçün meydanda olacağıq", - deyə XİN rəhbəri bildirib.