11 avqust 2020 12:24
686

Çaxçaxlı sakininin tövləsi və tayası yandı

Xaçmaz rayonunun Çaxçaxlı kəndində ümumi sahəsi 120 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 4 ton ot bağlaması yanıb.

“İki sahil” FHN-ə istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.