Chelsea Flower Show – Böyük Britaniyanın Kral Bağbanlar Cəmiyyətinin hər il Londonun Çelsi rayonunda təşkil etdiyi nüfuzlu bağ dizaynı sərgisidir.
AZƏRTAC Tourister.ru saytına istinadla xəbər verir ki, bu il mayın 22-26-da keçiriləcək çiçək bayramı 10 bağ-şousu və 16 kiçik bağça şousundan ibarət olacaq.
1922-ci ildən keçirilən Chelsea Flower Show dünyanın ən böyük flower-festivallarından biridir. Kral hospitalında təşkil olunan çiçək bayramında yeni bitki növləri və adlı-sanlı dizaynerlərin tərtib etdiyi bağ dizaynları nümayiş olunur.
İngiltərə aristokratiyası və kraliça II Elizabet Çelsi gül festivalının daimi izləyicilərindəndir.