24 iyun 2020 11:48
307

"Çelsi" 2 futbolçusu ilə müqavilə yenilədi

İngiltərənin "Çelsi" klubu braziliyalı futbolçusu Villian və ispaniyalı hücumçusu Pedro Rodrigeslə müqavilənin müddətini uzadıb.

“İki sahil” London klubunun rəsmi saytına istinadən xəbər verir ki, hər iki oyunçu cari mövsümün sonunadək komandada qalacaq.

Onların gələcək taleyinə Premyer Liqa baş çatandan sonra aydınlıq gələcək.

Qeyd edək ki, daha əvvəl Pedro Rodrigesin İtaliyanın "Roma" klubuna keçəcəyi iddia olunurdu.