19 aprel 2019 14:32
1192

"Çelsi" yeganə ingilis klubudur...

İngiltərə futbolunun tarixinə düşdülər

Avropa Liqasının 1/4 finalında evdə "Slaviya"nı məğlub edən (4:3) "Çelsi" İngiltərə futbolunun tarixinə düşüb.

"İki sahil" Qol.az-a istinadən xəbər verir ki, London təmsilçisi bir avrokubok mövsümündə 11 qələbə qazanan yeganə ingilis klubudur.

Qeyd edək ki, "Çelsi" yarımfinalda "Ayntraxt"la qarşılaşacaq. Komandalar arasında ilk görüş mayın 2-də Frankfurtda, cavab matçı isə 9-da Londonda olacaq.