26 fevral 2020 11:46
1511

"Çelsi"nin avrokuboklarda ilk böyükhesablı ev məğlubiyyəti

İngiltərənin "Çelsi" klubu Avropa kubokları tarixində ilk böyük hesablı ev məğlubiyyəti ilə üzləşib - 0:3. 

"Report"un məlumatına görə, bu, Londondakı "Stemford Bric" stadionunda Almaniya "Bavariya"sı ilə UEFA Çempionlar Liqasının 1/8 final matçına təsadüf edib. "Zadəganlar" həm də doğma meydanda Almaniya komandaları ilə qarşılaşmalarda ilk dəfə darmadağın olublar.  

Frenk Lempardın baş məşqçi olduğu kollektiv üçün daha bir üzücü statistika cari mövsümdə "Stemford Bric"dəki oyunlarından 8-də uduzmasıdır. Bu, paytaxt komandasının 1985/1986 mövsümündən sonra ən zəif göstəricisidir. 

Qeyd edək ki, "Bavariya" və "Çelsi" arasında cavab görüşü martın 18-də Münhendəki "Alyans Arena" stadionunda olacaq. "Zadəganlar" növbəti ev oyununu isə martın 3-də "Liverpul"a qarşı keçirəcəklər. Bu, İngiltərə Kubokunun 1/16 final matçına təsadüf edəcək.