16 may 2019 16:00
132

“Çelsi”nin keçmiş futbolçusu azarkeşləri Bakıya dəvət etdi

“Çelsi” klubunun keçmiş futbolçusu, qanalı Maykl Essyen klub azarkeşlərini Bakıya dəvət edib.

Trend-in məlumatına görə, hazırda “Səbail” futbol klubunda çıxış edən futbolçu çağırışı öz “Instagram” səhifəsində paylaşıb.

O, xüsusilə, Azərbaycan xalqının dostsevərliyini vurğulayıb:

“Çelsi” azarkeşlərini Bakıya gəlməyə və öz komandalarını Avropa Liqasının finalında dəstəkləməyə çağırıram. Mən artıq üç aydır ki, Bakıda yaşayıram və burada hər şey mənim çox xoşuma gəlir. İnsanları çox mehribandır”.