24 iyun 2020 12:19
298

Çəltik sahələrinə baxış keçirilib

Kənd Təsərrüfat Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Lənkəran Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən çəltik əkilən sahələrə baxış keçirilib və alaq otlarına qarşı mübarizə tədbirlərinə başlanılıb.

"İki sahil" xəbər verir ki, rayonun Girdəni kəndi ərazisində “Muğam-düyü” MMC-ə məxsus 97 hektar çəltik sahəsində alaq otlarına qarşı mübarizə tədbirləri aparılıb.

Çəltik əkinlərinə sirayətlənən əsas alaq otlarından çayır otu, iri dənli  çəltik darısı (slufə) qarşı “Ciliger” preparatı ilə hektara 1 litr məsarif norması ilə mübarizə tədbirləri həyata keçirilib.

Qeyd edək ki, çəltik yer kürəsində əkin sahəsinə görə bütün bitkilər arasında ikinci yeri tutur. Respublikamızda çəltik əsasən Lənkəran, Astara, Masallı, Ucar, Ağdaş, Göyçay, Şəki rayonlarında becərilir. Ölkəmizdə çəltiyin “Yerli Masallı-Sədrisi”, “Haşimi”, “Apallo” və “Avanqard” kimi sortları yetişdirilir. Çəltiyin hər hektardan orta hesabla məhsuldarlığı 30-40 sentner, aqrotexniki xidmətin yüksək aparıldığı sahələrdə isə 50-60 sentner və daha artıq olur.