12 fevral 2019 10:06
505

Çempionlar Liqasında 1/8 final həyəcanı başlayır

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək.

İlk oyun günündə iki oyun keçiriləcək. İtaliyada "Roma" və "Porto" üz-üzə gələcək. "PSJ" isə "Mançester Yunayted"in qonağı olacaq. Hər iki matç saat 00:00-da start götürəcək. 

Qeyd edək ki, bugünkü oyunlardan başlayaraq Çempionlar Liqasında ilk dəfə videotəkrar (VAR) sistemindən istifadə olunacaq.