24 iyul 2019 12:46
761

Çempionlar Liqasında daha 7 oyun

Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin oyunları davam edir.

Qol.az xəbər verir ki, ikinci oyun günündə 7 qarşılaşma keçiriləcək.

ÇL-dəki yeganə təmsilçimiz "Qarabağ" bu mərhələdə ilk oyununu səfərdə keçirəcək. Ağdam klubu Dublində İrlandiya çempionu "Dundalk"la qarşılaşacaq.

Digər 6 oyunda isə aşağıdakı cütlüklər üz-üzə gələcəklər.


ÇL-in 2-ci təsnifat mərhələsi, ilk oyunlar

24 iyul

21:00. BATE (Belarus) – “Rusenborq” (Norveç)

22:00. “CFR Kluj” (Rumıniya) – “Makkabi” (Təl Əviv,İsrail)

22:00. “Ferensvaroş” (Macarıstan) – “Valetta” (Malta)

22:15. “Maribor” (Sloveniya) – AİK (İsveç)

22:45. “Seltik” (Şotlandiya) – “Nomme Kalyu” (Estoniya)

22:45. “Dundalk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan)

22:45. “Srvena Zvezda” (Serbiya) – HİK (Finlandiya)

23 iyul

”Viktoriya” (Çexiya) – “Olimpiakos” (Yunanıstan) - 0:0

”Saburtalo” (Gürcüstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) - 0:2

PSV (Holllandiya) – “Bazel” (İsveçrə) - 3:2

TNS (Uels) – “Kopenhagen” (Danimarka) - 0:2

“Sutyeska” (Monteneqro) – APOEL (Kipr) - 0:1