01 dekabr 2020 01:00
714

Çempionlar Liqasında ilk dəfə qadın baş hakim

Çempionlar Liqası tarixində ilk dəfə oyunu qadın baş hakim idarə edəcək.

"İki sahil" xəbər verir ki, qrup mərhələsinin 5-ci turunda keçiriləcək "Yuventus" - "Dinamo" (Kiyev) matçını fransalı Stefani Frappar idarədə edəcək.

Dekabrın 2-də oynanılacaq matçda Frappara həmyerliləri Hişam Zakrani və Medi Ramuni kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kərim Abed yerinə yetirəcək.

Qeyd edək ki, Stefani bundan əvvəl bu ilin oktyabrında Avropa Liqasının qrup mərhələsinin "Lester" (İngiltərə) - "Zarya" (Ukrayna) görüşünü (3:0) də idarə edib.