11 iyul 2020 14:58
475

Çexiya dərman ehtiyatlarını artırır

Koronavirus pandemiyasının ikinci dalğası ərəfəsində Çexiya dava-dərman və qoruyucu vasitələr qıtlığı ilə əlaqədar vəziyyətin fəlakət həddinə çatmasını gözləmədən öz strateji ehtiyatlarını artırmağı qərara alıb.

Bir qədər əvvəl Çində sifariş verilmiş fərdi qoruyucu vasitələrdən ibarət yükün böyük partiyası dünən Pardubitse şəhərindəki anbara qəbul edilib. Hazırda Çexiyanın zəruri maska, respiratorlar və digər qoruyucu vasitələr ehtiyatı var. Ölkənin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Çexiya pandemiyanın ikinci dalğasına davam gətirmək üçün özünü hazır hesab edir. Ölkədə altı həftəlik karantin tətbiq ediləcəyi hal üçün ehtiyat görülüb.

Çindən gətirilmiş materialın bir hissəsi hazırda koronavirusun əsas yayılma ocağı olan Karvina şəhərinə veriləcək. //AZƏRTAC