14 sentyabr 2019 19:19
813

Çexiya polisi GP2 bolidində şose ilə gedən sürücünü axtarır

Çexiyanın Pribram şəhərində qeyri-adi hadisə baş verib: şəhər şoselərinin birində GP2 bolidi qeydə alınıb.

AZƏRTAC “Daily Mail” nəşrinə istinadla xəbər verir ki, qeydiyyat qurğusunun çəkdiyi video internet şəbəkəsində yerləşdirilib. Çexiya polisi bu hadisəni araşdırır və həmin sürücünü tapmaq niyyətindədir. Hüquq-mühafizə orqanları bu hadisənin bütün şahidlərini əməkdaşlığa dəvət edir.

Monoseriyalı bolidlər adi traslarda yol hərəkətinin iştirakçıları ola bilməzlər. Bundan ötrü ən azı həmin maşınlar, onların güzgüləri, banları və başqa hissələri şəhər yollarının standartlarına uyğunlaşdırılmalıdır.

Yeri gəlmişkən, şosedə qeydə alınmış “Dallara GP2/08” maşını 2008-2010-cu illərdə GP2 çempionatında istifadə edilib. Hazırda “Reno” komandasının pilotu olan alman Niko Xyukemberq GP2 çempionu titulunu məhz belə bolidin sükanı arxasında qazanıb.