20 fevral 2020 15:54
1479

Çexiyalı futbolçu zədə səbəbindən karyerasını bitirdi

Çexiyanın "Sparta" (Praqa) klubunun futbolçusu Vatslav Kadlets karyerasını başa vurub.

"Report"un məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi "Instagram" səhifəsində zədə səbəbindən bu addımı atdığını vurğulayıb. O, dizinin artıq lazımi yüklənməyə dözə bilmədiyini bildirib.

Qeyd edək ki, Vatslav Kadlets karyerası ərzində Almaniyanın "Ayntraxt" (Frankfurt) və Danimarkanın "Midtyulland" klublarının da formasını geyinib. O, Çexiyanın əsas və aşağı yaş qruplarından ibarət komandalarında da çıxış edib.