05 fevral 2019 16:49
97

Çexlər korrupsiya əleyhinə mübarizə planına inanmırlar

Çexiyanın Korrupsiya əleyhinə Fondu hökumətin korrupsiyaya qarşı konsepsiyasını şübhə altına qoyub. AZƏRTAC xəbər verir ki, fondun direktoru Karel Şkahanın fikrincə, korrupsiya əleyhinə mübarizə planı analitik tədqiqatların aparılması barədə təkrarlanan sözlərdən və vədlərdən başqa heç bir yenilik gətirmir.

Karel Şkaha xüsusi mətbuat konfransında deyib ki, hökumət korrupsiya əleyhinə mübarizəni ikinci plana keçirir.