11 dekabr 2019 17:54
2889

Çimnaz Yeni ilə aid klip çəkdirdi - VİDEO

“Vicdan haqqı” serialında Larisa obrazı ilə məşhurlaşan aktrisa-müğənni Çimnaz Sultanova "Yeni il" adlı mahnısına çəkilən klipini təqdim edib.

Publika.az xəbər verir ki, mahnının sözləri, musiqisi və aranjimanı Miro İsgəndərova məxsusdur. Yeni il ab-havalı klipin çəkilişləri studiya şəraitində baş tutub.

Ekran işinin rejissorluğunu Nicat Alışov edib.

Qeyd edək ki, bu, Çimnaz Sultanovanın müğənni kimi sayca üçüncü klipidir.