29 yanvar 2019 10:46
178

Çin ABŞ-da fəaliyyət göstərən şirkətlərinin maraqlarını qoruyacaq

Çinin Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın "Huawei Technologies" şirkətinə qarşı ittihamları ilə əlaqədar ciddi narahatlığını bildirib.

"İki sahil" "Report"a istinadən xəbər verir ki, XİN ABŞ-ı "Huawei" də daxil olmaqla, Çin şirkətlərini əsassız sıxışdırmaqdan əl çəkməyə, eləcə də Men Vançjounun həbsinə dair orderi ləğv etməyə çağırıb.

Nazirlikdən qeyd ediblər ki, rəsmi Pekin Çin şirkətlərinin qanuni maraqlarını qətiyyətlə qoruyacaq.

Daha əvvəl ABŞ-ın Çin telekommunikasiya şirkətlərinin fəaliyyətini məhdudlaşdırmaq istədiyi bildirilib.