25 yanvar 2021 15:33
474

Çin dünyanın əsas “investisiya hədəfi”nə çevrilib

2020-ci ilin nəticələrinə görə, dünyada ən çox xarici birbaşa investisiya cəlb edən ölkə Çin olub – 2019-cu illə müqayisədə bu göstərici 4% artaraq 163 milyard dollara çatıb.

"İki sahil" xarici mediaya istinadən bildirir ki, bununla da Çin dünyanın əsas "investisiya hədəf"inə çevrilib. “Forbes”də yer alan məlumata görə, bu ilk dəfədir baş verir.

“BBC” isə ABŞ iqtisadiyyatına birbaşa xarici investisiyalar axınının 2016-cı ildə (472 milyard dollar) pik həddə çatdığını, lakin o vaxtdan bəri hər il azaldığını qeyd edir. Çinə birbaşa xarici investisiyalar 2016-cı ildə 134 milyard dollar təşkil edib.

UNCTAD-a görə, 2020-ci ildə birbaşa xarici investisiyalar sahəsində ən böyük azalma Avropa ölkələrində müşahidə edilib – 69%. Hesabatda keçid iqtisadiyyatı olan ölkələrdə sıfırdan başladılan layihələrin həcminin (greenfield project) 19 milyard dollar azaldığını bildirir. Bu baxımdan ən böyük geriləmə Qazaxıstanda (-86%) və Rusiyada (-68%). olub.