15 fevral 2019 16:07
739

Çin Everest dağını turistlərə bağlı elan edib

Çin Everest dağının Tibet muxtar bölgəsini turistlərə bağlı elan edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, hökumət bunu təbiətin çirkləndirilməsi ilə əlaqələndirib. Ötən il aidiyyəti qurumlar 5200 metrdən yüksək bölgələrdə 8,4 ton, daha alçaq bölgələrdə isə 335 ton tullantı toplamışdılar.