04 dekabr 2019 17:50
113

Çin istiqrazlarında defolt miqdarı rekord səviyyəyə yüksəlir

Çində bu il rekord seviyyələrə qalxan istiqrazlarda defolt, iqtisadi artımın azalması və şirkətlərin misli görünməmiş borclarla mübarizə apardığı zamanda hökümətin maliyyə bazarlarını sabitləşdirmək üçün atacağı addımlar ekspertlər tərəfindən maraqla gözlənilir.

"Report" bu barədə "Bloomberg"ə isitinadən xəbər verir.

Məlumata görə, ilin əvvəlindən bəri texniki defoltların təxmini miqdarı 120,4 mlrd yuan (17,1 mlrd dollar) olu. Bununla da özünün tarixi rekordu olan 121,9 mlrd yuana yaxınlaşıb. Təkcə noyabrın əvvəlindən 15 defolt qeydə alınıb.

Xatırladaq ki, istiqrazların ödənilməmiş hissəsi Çinin 4,4 trln dollarlıq istiqraz bazarının kiçik bir hissəsini əhatə edir. Ancaq hökumətin hansı şirkətlərə dövlət dəstəyi verilməsini müəyyənləşdirməkdə çətinlik çəkməsi mənfi tendensiyanın digər şirkətlərə yayılması ehtimallarını artırır.