20 fevral 2020 11:43
1197

Çin orbitə 4 müşahidə peyki çıxarıb

Çin fevralın 20-də Siçuan vilayətindəki Siçanq kosmodromundan "Long March-2D" raketdaşıyıcısı ilə 4 eksperimental texnologiya peykini orbitə buraxıb.

Raketin buraxılışı yerli vaxtla saat 5:07-də (Bakı vaxtı ilə 1:07) baş tutub. Yerin müşahidəsini həyata keçirəcək peyklər planlaşdırılan orbitə çatıblar.

Raketdaşıyıcı və 2 peyk Şanxay Kosmos Texnologiyaları Akademiyası, digər iki peyk isə Xarbin Texnologiya İnstitutu və "DFH Satellite" şirkətinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Qeyd edək ki, bu, “Long March” seriyasından 326-cı raket buraxılışı olub.