30 may 2020 16:07
973

Çin orbitə iki texnologiya peyki çıxarıb

Mayın 30-da Çin Siçuan vilayətindəki Siçanq kosmodromundan "Long March-111" raketdaşıyıcısı ilə iki eksperimental texnologiya peykini orbitə buraxıb.

Raketin buraxılışı yerli vaxtla saat 4:13-də baş tutub. Yerin müşahidəsini həyata keçirəcək peyklər planlaşdırılan orbitə çatıblar.

Qeyd edək ki, bu, “Long March” seriyasından 332-ci raket buraxılışı olub. //AZƏRTAC