09 fevral 2019 11:11
477

Danışıqları Pekində davam etdirəcəklər

Çin ilə ABŞ ticarət mübahisələrinə dair danışıqları fevralın 14-15-də Pekində davam etdirəcəklər.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, bu məqsədlə Birləşmiş Ştatların ticarət nümayəndəsi Robert Laythayzer və maliyyə naziri Stiven Mnuçin Çinə səfər edəcəklər.

Bildirilir ki, danışıqlarda iki ölkə arasında ticarət mübahisələrinə dair tərəfləri maraqlandıran mövzular müzakirə olunacaq.

Qeyd edək ki, ötən ilin dekabrında Buenos-Ayresdə keçirilən “Böyük iyirmilər”in sammiti çərçivəsində Çin və ABŞ dövlət başçılarının görüşündə ticarət mübahisələrinə dair danışıqların davam etdirilməsi barədə razılıq əldə olunmuşdu. Həmin razılaşma çərçivəsində Pekində və Vaşinqtonda iki dəfə yüksək səviyyəli danışıqlar keçirilsə də, konkret nəticələr əldə edilməyib.