28 yanvar 2021 11:39
1157

Çində bir qadın hər kəsi şoka salıb

Çinin Hezhou şəhərindəki Guanji Xəstəxanasında çalışan həkimlər, bir qadının öd kisəsi və qaraciyərindən bəziləri yumurta ölçüsündə olan 200 daş çıxarıb.

”İki sahil” xəbər verir ki, 45 yaşlı Chen 10 il idir ki, qarın ağrısından əziyyət çəkirdi. O, bu şikayətlə xəstəxanaya gedib və müayinələr nəticəsində qaraciyərində və öd kisəsində aşkar olunan 200 daşın bu ağrılara səbəb olduğu öyrənilib.

Həkimlər onun əməliyyata ehtiyacı olduğunu desələr də, qadın bıçaq altına girməkdən çox qorxub. Ancaq ağrısı dözülməz olduğundan, Chen əməliyyat olunmağa qərar verib və bədənindən ümumilikdə 200 daş çıxardılıb.