27 iyul 2020 20:18
451

Çində dünyanın ən böyük hidrotəyyarəsinin ilk uçuşu baş tutub

Çində dünyanın ən böyük hidrotəyyarəsinin dəniz üzərində ilk uçuşu baş tutub.

Sınaq uçuşu Sarı dəniz sahilindəki Tsindao şəhərində keçirilib.

AG600 hidrotəyyarəsi uçuşu yarım saatdan çox davam edib. Bundan əvvəl təyyarənin sınaq uçuşları quru üzərində və su anbarının üzərində keçirilmişdi.

Qeyd edək ki, AG600 hidrotəyyarəsi 4 heyət üzvü, 50 sərnişin tutumuna malikdir. Təyyarə xilasetmə işləri və yanğınların söndürülməsi üçün nəzərdə tutulub. //Trend