02 fevral 2019 13:22
291

Çində poladtökmə zavodunda baş verən partlayışda ölən və yaralananlar olub

Çinin Yunnan vilayətində poladtökmə zavodunda baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, partlayış 10 fəhlənin sobanı təmir etdikləri zaman baş verib. Nəticədə yaralanan 7 fəhlə dərhal xəstəxanaya yerləşdirilsə də, onlardan üçünün həyatını xilas etmək mümkün olmayıb.

Hazırda təhqiqat aparılır.