04 mart 2019 20:49
1425

Çində qədim “ölümsüzlük iksiri” tapıldı

Çinin Xenan əyalətində aparılan qazıntılar zamanı eramızdan əvvəl 202-ci ilə aid bürünc kuzə tapılıb.

Arxeoloqlar kuzənin içərisindəki mayenin o zamanlar istifadə olunan ölümsüzlük iksiri olduğunu bildiriblər.

RİA Novosti-nin məlumatına görə, 3,5 litlik qabın içərisindəki mayenin tərkibi kalium nitrat və alunitdən ibarətdir. Məzarın o dövrdə yaşamış bir zadəgana aid olduğu güman edilir.

Məzardan  mis və nefritdən olan bəzək əşyaları da tapılıb.