21 aprel 2019 18:20
339

Çində törədilən cinayət hadisəsində 5 nəfər ölüb

Çinin Anxoy vilayətinin Ançin şəhərində törədilmiş cinayət hadisəsi nəticəsində 5 nəfər ölüb.

AZƏRTAC yerli hakimiyyət orqanlarının məlumatına istinadla xəbər verir ki, polis cinayəti törədən şəxsi saxlayıb.

Hadisə barədə geniş məlumat verilmir. Hazırda təhqiqat aparılır.