08 avqust 2020 22:38
828

Çində yeni öldürücü virusun yayılması ilə bağlı xəbərdarlıq

Çində gənələr vasitəsi ilə yayılan SFTS virusunun yayılması halları qeydə alınıb.

AZƏRTAC Global Times nəşrinə istinadla xəbər verir ki, son məlumata görə, Çində indiyədək 60 nəfər yeni öldürücü virusa yoluxub, 7 nəfər həyatını itirib.

İnfeksiya əvvəlcə Szyansu əyalətində aşkarlanıb, sonra isə Anhoy əyalətinin sakinləri arasında da virusa yoluxma halları müşahidə olunub. Öskürək, yüksək temperatur, həmçinin qanda leykosit və trombosit səviyyəsinin aşağı düşməsi xəstəliyin əsas əlamətlərindəndir.

İlk dəfə 2011-ci ildə aşkarlanan SFTS virusu həm gənələrdən, həm də infeksiyaya yoluxmuş şəxsdən qan və ya ağız suyu vasitəsi ilə digər insana keçir.