10 fevral 2019 12:39
366

Çində zəncirvari avtomobil qəzasında ölən və yaralananlar olub

Çinin Anxoy vilayətində magistral yolda 23 avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb, 4 nəfər müxtəlif dərəcədə bədən xəsarəti alıb.

Hadisə fevralın 10-da səhər saat 5:00 radələrində Ançin şəhəri yaxınlığında baş verib. Dörd nəfər hadisə yerində, digəri isə xəstəxanada ölüb. Qəzadan sonra bir neçə saat magistralda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırlıb.

Qeyd edək ki, son günlər Çinin şərq vilayətlərində, o cümlədən Anxoyda qarlı və şaxtalı hava şəraiti müşahidə olunur. Bu cür hava şəraiti yolların buz bağlamasına, nəticədə avtomobil qəzalarının baş verməsinə səbəb olub.