06 dekabr 2019 19:54
858

Çində zəncirvari qəzada 37 avtomobil toqquşub

Çinin cənub-qərbindəki Quycou vilayətində 37 avtomobilin toqquşması ilə zəncirvari qəza baş verib.

AZƏRTAC yerli KİV-lərinə istinadla xəbər verir ki, səhər saatlarında G4215 avtomagistralının Sişuy qəzasından keçən hissəsində baş verən hadisə nəticəsində 23 nəfər yaralanıb. Qəzaya dumanlı hava şəraiti ilə əlaqədar yolun sürüşkən olması və görmə məsafəsinin xeyli azalması səbəb olub.

Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Qəzadan bir neçə saat sonra yolda avtomobillərin normal hərəkəti bərpa edilib.