12 avqust 2020 16:11
1075

Çindən gələn həkimlər videokonfrans keçirib

Avqustun 12-də "Yeni Klinika" tibb müəssisəsinin Təlim-tədris mərkəzində Çin Xalq Respublikasından gələn nümayəndə heyəti, pandemiya xəstəxanalarının rəhbərləri və aparıcı mütəxəssislərin iştirakı ilə videokonfrans keçirilib.

Trend-in məlumatına görə, videokonfransda koronovirus infeksiyasına yoluxmuş şəxslərin ÇXR-da və ÜST-ün protokolları əsasında müalicəsi, eyni zamanda xəstəliyin müalicəsində Çin xalq təbabətinin tətbiqi mövzusunda çıxışlar dinlənilib və təqdimatlar nümayiş etdirilib.