27 oktyabr 2020 17:03
722

ÇL: Azərbaycan təmsilçisi Yunanıstan klubu ilə qarşılaşacaq

Azərbaycanın "Araz" klubunun futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsindəki rəqibi bəlli olub.

"İki sahil" "Report"a istinadən xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda bu raunnda Yunanıstan AEK-i ilə üz-üzə gələcək.

Duelin taleyi bir oyundan ibarət olacaq və görüş Azərbaycandakı hərbi vəziyyətlə əlaqədar Yunanıstanda keçiriləcək. İlkin mərhələnin oyunları 24 - 29 noyabrda təşkil ediləcək.