06 fevral 2019 20:20
169

Çökmüş binanın ərazisində çəkiliş qadağan olunub

İstanbulda çökmüş binanın ərazisində çəkiliş etmək və birbaşa yayın qadağan edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə İstanbul Anadolu Cümhuriyyət Baş Prokurorluğu qərar çıxarıb. Türkiyənin Radio və Televiziya Təşkilatının (RTÜK) rəsmi saytında qadağa barədə məlumat yayılıb.

Bildirilir ki, Türkiyə hökumətinin üzvləri yaxın saatlarda hadisə yerində olacaqlar.