09 avqust 2019 12:16
88

Çörək sexi yandı

Tovuz rayonunda ümumi sahəsi 600 m² olan çörəkbişirmə sexinin yanar konstruksiyaları və dam örtüyü 150 m² sahədə, içərisində olan 2 ədəd çörəkbişirən qurğu, sexə bitişik ümumi sahəsi 70 m² olan birmərtəbəli çay evinin dam örtüyünün yanar konstruksiyaları və lambirindən ibarət tavanı 5 m² sahədə yanıb.

“İki sahil” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilir ki, sexin, çay evinin qalan hissəsi və bitişik müxtəlif təyinatlı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.