06 dekabr 2019 19:31
18499

Çox tez-tez əsnəmək hansı xəstəliklərdən xəbər verir?

Əsnəmə könüllü bir refleksdir: normalda hər kəs gündə 7-23 dəfəyədək bunu edir. Ancaq daha tez-tez əsnəyirsinizsə, bunun səbəblərini araşdırmağa dəyər. Bəzən əsnəmə hansısa xəstəliyin əlaməti ola bilər.

Piylənmə

Artıq çəkili insanların çoxunda endokrin sistemin və hormonal fonun pozuntusu müşahidə olunur ki, bu da daimi yorğunluğa və yuxusuzluğa (öz növbəsində çoxlu əsnəməyə) səbəb olur. Artıq çəki həm də döş qəfəsinə təzyiq sala bilər ki, bu zaman ağciyərlərin hiperventilyasiyası baş verir və tənəffüs çətinləşir.

Depressiya

Depressiya vaxtı əsnəməyə iki şey səbəb ola bilər: stress hormonu kortizolun səviyyəsinin yüksəlməsi və depressiya əleyhinə preparatların qəbulu.

Bəzi preparatlar isə serotonin hormonunun səviyyəsini yüksəldir ki, bu da davamlı yorğunluq hissinə səbəb olur.

Ürək xəstəliyi

Yüksək qan təzyiqi və ürək ritminin pozulması tez-tez əsnəməyə səbəb ola bilər. Əlbəttə ki, təkcə əsnəmə bu xəstəliklərdən xəbər verə bilməz, ancaq onunla yanaşı digər simptomlar da varsa həkimə müraciət etməlisiniz.

İnsult

Yenicə insult keçirmiş insanlar tez-tez əsnəyirlər. Bəzən isə insultdan əvvəl əsnəmə çoxala bilər: bununla orqanizm baş verəcək “hücum”un öhdəsindən gəlməyə çalışır.

Dağınıq skleroz

Bu xəstəlik zamanı beyin və orqanizmin digər üzvləri arasında əlaqə pozulur. Bu zaman çeynəmə və üz əzələlərinin hərəkətlərini tənzimləyən beyin hüceyrələri zədələnərsə, xəstə nəzarətsiz və çox tez-tez əsnəməyə başlayır.

Qaraciyər pozuqluqları

Qaraciyərin zəif olması hormonal balansın pozulmasına səbəb ola bilər və bunlar da öz növbəsində davamlı yorğunluq və yuxululuq hissi yaradır.