03 iyul 2020 14:44
933

"Çoxlu pivə içmişdilər..."- Qvardiola qələbəni şərh etdi

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Premyer Liqada çempionluğu elan edən "Liverpul" üzərində 4:0 hesablı qələbəni şərh edib.
“İki sahil” “Qol.az”-a istinadən xəbər verir ki, o, çox yaxşı oyun nümayiş etdirdiklərini deyib: "Çempionu, möhtəşəm  komandanı məğlub etdik. Cəsur bir şəkildə oynadıq. Öz futbolumuzu oynamağa çalışdıq və riskə getdik. Rəqib çempionluğu rəsmiləşdirsə də, çoxlu sayda pressinq etdi. Matça çıxan zaman "Liverpul"u alqışladıq. Ancaq oyuna o qədər köklənmişdilər ki, bizə təşəkkür belə etmədilər. Bu həftə bura gələnə qədər çoxlu pivə içdilər, amma oyun zamanı qanlarında spirt qalmamışdı. Şadam ki, qələbə qazandıq."