24 fevral 2020 13:25
1377

Cibgir saxlanıldı

Bakıda pulqabı oğurlamaqda təqsirləndirilən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, əməliyyatı Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də Z.Tağıyevin içərisində 500 manat, 100 ABŞ dolları və sənədlər olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Qəmbərov saxlanılıb.