12 fevral 2019 10:04
145

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb

Fevral ayının 11-dən 12-dək Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 16 cinayətin  üstü “isti izlər”lə açılıb.

DİN-in Mətbuat Xidmətindən “İki sahil”ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.  

Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.