KÖŞƏ

Vəli İlyasov

Co Baydenin sağalmaz “erməni xəstəliyi”

23 sentyabr 2019 19:21
2143

Hamımıza məlumdur ki, dünyada etibarsız və xəyanətkar erməniləri müdafiə edənlər, daha doğrusu onların daşını başlarına döyənlər var. Əslində belələri ən pis ermənidən də pisdirlər. Hətta indi bir çox ermənilər var ki, əsl həqiqəti danışır, Türkiyənin və Azərbaycanın haqlı mövqelərini dəstəkləyirlər. Təəssüf ki, əsl həqiqəti söyləyənlərin əksinə olan Co Bayden kimiləri də var.

Həmişə ermənipərəst mövqeyi ilə tanınan ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden bu günlərdə Amerikada fəaliyyət göstərən erməni diaspor təşkilatı “Hay Dat ABŞ” Komitəsinə (ANCA) məktub göndərib.

Amerikalı başabəla diplomat məktubunda Birləşmiş Ştatların qondarma erməni soyqırımı ilə bağlı mövqeyini birdəfəlik təsdiq etməli olduğunu bildirərək yazır: “Birləşmiş Ştatlar bir daha erməni soyqırımı ilə bağlı mövqeyini bildirməlidir. 1.5 milyon erməni kişisinin, qadınının və uşağının ölümünə, 2 milyon erməninin kütləvi şəkildə evlərindən didərgin düşməsinə səbəb olan dəhşətli həqiqəti heç vaxt unutmamalı və susmamalıyıq. Soyqırım faktını xatırlamamaq və tanımamaq gələcəkdə kütləvi vəhşiliklər üçün yeni yollar açır”.

Həmişə ABŞ-dakı erməni diasporuna yaxınlığı ilə fərqlənən, “ağsaqqallıq” edərək onlara yol göstərən  keçmiş vitse-prezident və senator Co Bayden həmişə əsassız erməni iddialarını bu cür yalançı faktlarla yenidən  “diriltməyə” təşəbbüs göstərib.

Məktubdan dərhal belə anlaşılır ki, müəllif bu cızmaqarasını türklərə nifrətinin nəticəsi olaraq “qələmə alıb.” Hələ bu azmış kimi ətiacı senator böyük türk xalqını “vəhşi” adlandırmaqla misli görünməmiş bir qəbahət işlədib. Ancaq ABŞ kimi superdövlətdə yüksək post tutmuş adama yalançılıq və riyakarlıq heç yaraşmır.

Görünür, ona ötürülən külli miqdarda Ermənistan dramı senatorun gözlərini elə bağlayıb ki, hətta o, istəsə də həqiqəti görə bilməyib. Co Bayden səviyyəli siyasətçi və dövlət adamı bilməyə borcludur ki, 1915-ci ildə hətta onun ata-babasını da erməni saysaq yer kürəsində ermənilərin sayı 800 mini keçmirdi. Qalan iki milyon yeddi yüz mini görəsən senator Co Bayden haradan alıb? Yəqin Co Baydenin ulu babaları Avropadan silahlanıb okeanın o tayına hücum edərək yerli zənciləri amasızcasına qıraraq “demokratik” dövlət quranda qətlə yetirdikləri günahsız adamların statistikasını bu cür -Baydensayağı aparıblar.

Xatırladaq ki, 2015-ci ildə Ermənistanın dünyaya saldığı haray-həşirə cavab olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidentinə bu məsələdə maraqlı olan bəzi digər dövlətlərin başçılarına müraciət etdi ki, gəlin arxivləri açaq və bütün dünya cinayətkarın, xəyanətkarın və daha çox əziyyət çəkənin kim olduğunu bilsin. Ərdoğanın bu bəyanatından sonra sanki “qurbağanın gölünə daş atıldı” və hücum edənlər geri çəkildilər. İlk növbədə Ermənistan arxivlərin açılmasına razı olmadı. Çünki yaxşı bilirlər ki, 1915-ci ildə ermənilər Antanta tərəfindən müharibəyə cəlb edilmiş Türkiyəyə arxadan zərbə vururdular və buna görə də bir neçə yüz satqın erməni haqlı cəzalarına çatdırılmışdılar. Türkiyənin məhvinə, sərhədlərini düşmən ordularının üzünə açmaq niyyətində olan xain ermənilərin ailələri ölkənin ucqarlarına köçürüldülər.

Qondarma “soyqırımı” isə erməniləri himayə edən bolşevik Rusiyasının və bəzi antitürk dövlətlərin quraşdırması idi. Bu faktdır ki, həmin dövlətlər saxta soyqırımı məsələsini 1965-ci ildə qaldırdılar. Sual oluna bilər ki, belə bir faciə olmuşdusa onlar əlli il niyə susublar? Məlumdur ki, həmin dövlətlər Türkiyəni təzyiq altında saxlamaq üçün sonradan hər ilin aprel ayında bu qondarma məsələni şişirtdilər. Co Bayden isə əsl “rekord” qırıb, o, rəqəmi şişirdərək bir neçə yüz nəfəri  milyon yarıma çatdırıb. Belə “quyruqlu” yalan hələ olmamışdı. Yəqin ermənisevərlər hələ bu rəqəmi getdikcə qaldıracaqlar, ona görə də təəccüblənmək lazım deyil. Bu, dünyada “erməni xəstəliyi” deyilən ən nadir xəstəliyin simptomlarıdır və o, Co Bayden kimi adamlarda özünü büruzə verir.